Главная > Mədəniyyət > TÜRKSOY-un tədbiri Kiprdə təşkil olunacaq

TÜRKSOY-un tədbiri Kiprdə təşkil olunacaq


21-09-2022, 11:53.

            TÜRKSOY-un tədbiri Kiprdətəşkil olunacaq

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) türk dünyası opera sənətçilərini bir araya gətirən ənənəvi tədbiri olan "23-cü TÜRKSOY Opera Günləri” keçirilir.

Kulis.az xəbər verir ki, TÜRKSOY-un Daimi Şurası tərəfindən 2022-ci il görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi ilə bağlı onun anım ili elan edilib. Bu münasibətlə TÜRKSOY-un 23-cü Opera Günləri Fikrət Əmirova həsr olunur. Tədbirlərdə dahi bəstəkarın bədii əsərlərindən və şəxsi arxivindən ibarət fotosərgilər də sənətsevərlərin diqqətinə təqdim olunur.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbir Türkiyənin Bursa və İzmir vilayətləri, eləcə də Şimali Kipr Türk Respublikasında (ŞKTC) keçirilir. Tədbirin təşkilində nazirliyin Gözəl Sənətlər Baş İdarəsinin Bursa Dövlət Simfonik Orkestri, Dövlət Opera və Balet Ümumi Müdirliyi, İzmir Dövlət Opera və Balet Orkestri, İzmir Böyükşəhər Bələdiyyəsi iştirakı, eləcə də ŞKTC-nin Baş nazirinin müavini, Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin himayəsi altında keçirilir.

 


Вернуться назад