Главная > Mədəniyyət > Azərbaycanlı şair beynəlxalq festivalda iştirak edəcək

Azərbaycanlı şair beynəlxalq festivalda iştirak edəcək


21-09-2022, 21:38.

             Azərbaycanlı şair beynəlxalq festivaldaiştirak edəcək

 

Azərbaycanlı şair İntiqam Yaşar Türkiyədə təşkil olunan Beynəlxalq şeir günlərində iştirak edəcək

Kulis.az xəbər verir ki, 23 ildir təşkil olunan şeir günləri 23-25 sentyabr tarixlərində Türkiyənin Balıkesir şəhərində baş tutacaq. Azərbaycandan Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşarın dəvət aldığı beynəlxalq tədbirə dünyanın bir neçə ölkəsindən şairlər dəvət olunub.

Belə ki, tədbirdə Güney Afrikadan Şabbir Banoibhai, Moldovadan Todur Zanet, Bolqarıstandan Aziz Şakir, Makedonyadan Esra Matyan, Azərbaycandan İntiqam Yaşar, İraqdan Mehmet Ömər Qazançı və Türkiyənin müxtəlif nöqtələrindən şairlər iştirak edəcəklər. Uzun illərə söykənən ənənəvi şeir günlərinin təşkilatçıları Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Balıkəsir bölməsi, Balıkesir Valiliyi, Təhsil Nazirliyinin Balıkəsir bölməsi, Balıkesir Üniversiteti, Balıkesir Mərkəzi Kitabxanası və s. qurumlardır. Şeir günləri rəngarəng proqramlarla 3 gün davam edəcək.

 


Вернуться назад