Главная > Aktual > Ruslar ölkədən qaçır: Bilet qiymətləri bahalaşdı - Bakıya 7000 manat...

Ruslar ölkədən qaçır: Bilet qiymətləri bahalaşdı - Bakıya 7000 manat...


21-09-2022, 16:24.

         Ruslar ölkədən qaçır:Bilet qiymətləri bahalaşdı -Bakıya 7000 manat...

 

Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik qərarı rusların kütləvi şəkildə xaricə yollanmağa çalışmasına səbəb olub.
Uluyol.info yeniavaz.com-a istinadla xəbər verir ki, "Moscow time” nəşri bilet satan şirkətlərə bu barədə sorğu göndərib və məlum olub ki, ölkədən çıxış üçün aviabiletlərin qiyməti 90-250 min rubla (2527-7021 manat) qədər yüksəlib.
Qeyd olunub ki, sentyabrın 21-də İrəvan və İstanbula birbaşa uçuşlar üçün bütün biletlər satılıb. Artıq sentyabrın 22-də Türkiyənin paytaxtına birbaşa uçuşlar üçün biletin qiyməti 82-86 min rubldan (2303-2415 manat), köçürmələrlə isə 47 min rubldan (1320 manat) başlayır. Paytaxtdan İrəvana da yaxşı halda 86 min rubla getmək mümkündür. Bununla belə, "Aviasales” göstərir ki, cümə axşamı Ermənistan paytaxtına birbaşa uçuşlar yoxdur.
Bildirilib ki, Tiflis və Bakıya aviareyslərin qiymətləri də kəskin bahalaşıb. Gürcüstana ən qısa uçuşlar təxminən 115 min rubla (3230 manat), Azərbaycana isə 248 min rubla (6965 manat)başa gəlir. Eyni zamanda, bu gün artıq Bakıya bilet yoxdur.
Qeyd olunub ki, "Google”un rus seqmentində "Rusiyanı hara tərk etmək lazımdır” sorğusu pik həddə çatıb. Bu, Putin və Şoyqunun səfərbərliklə bağlı müraciətindən dərhal sonra baş verib. Ən çox bu mövzu sərhəd Belqorod vilayətinin sakinlərini maraqlandırır.


Вернуться назад