Главная > Media / Ölkə > Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin adları açıqlanıb - SİYAHI

Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin adları açıqlanıb - SİYAHI


21-09-2022, 17:49.

           Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin adları açıqlanıb - SİYAHI

 

Mətbuat Şurasının İdarə Heyətinə namizədlərin adları açıqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsindən bildirilib.

Qeyd olunub ki, bu gün Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin növbəti iclası keçirilib. Toplantıda üç məsələ müzakirəyə çıxarılıb.

Birinci məsələ ilə əlaqədar məlumat verilib ki, müxtəlif media təmsilçiləri qurultayı işıqlandırmaq istəyən jurnalistlərin ali məclisdə iştirakı ilə bağlı suallar ünvanlayırlar. Onların sərbəst fəaliyyətlərinin təmin edilməsi şərtdir. Bu zaman qurultayın keçirilmə yerinin imkanları nəzərə alınmalıdır. Təşkilat Komitəsi ali məclisi işıqlandıracaq jurnalistlərin ayrıca qeydiyyatının aparılmasını məqbul sayıb.

Belə ki, KİV-lər bununla bağlıinfo@pressocuncil.aze-mailinə 23 sentyabr 2022-ci il saat 15.00-dək yazılı məlumat göndərməlidirlər. Məlumatda qurultayda jurnalist kimi iştirak edəcək əməkdaşların adları qeyd edilməlidir. Məlumat KİV-in rəsmi blankında olmalı, möhür və imza ilə təsdiqlənməlidir. Telekanallar 3, gündəlik qəzetlər və informasiya agentlikləri 2, digər informasiya resursları isə qurultayı işıqlandıracaq 1 nümayəndə göndərə bilərlər.

İclasda müzakirəyə çıxarılmış ikinci məsələ MŞ İdarə Heyətinə namizədlərin siyahısı olub. Təşkilat Komitəsi yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib.

Bildirilib ki, qurultayda MŞ İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcəkdir. Namizədlərin siyahısı onların topladıqları səs sayına görə aşağıdakı kimidir:

 


Вернуться назад