Главная > Region > Həftənin ilk iş günü hava necə olacaq?
Həftənin ilk iş günü hava necə olacaq?18-09-2022, 14:17. |
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən
məlumata görə, mülayim cənub küləyi əsəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-65 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 4-8° isti, gündüz 10-14° isti olacaq.
Вернуться назад |