Главная > Baş Xəbər / Siyasət > Moldovada hökumət əleyhinə genişmiqyaslı mitinq keçirilib

Moldovada hökumət əleyhinə genişmiqyaslı mitinq keçirilib


18-09-2022, 23:41.

            Moldovada hökumət əleyhinə genişmiqyaslı mitinq keçirilib

 

Moldovanın paytaxtı Kişinyov şəhərində hökumət əleyhinə genişmiqyaslı mitinq keçirilib.

"Reuters" xəbər verir ki, azı 5 min insan hökumətin və qərbyönlü prezident May Sandunun istefasını tələb edib.

Aksiyaçılar yüksək inflyasiya və enerji qiymətlərinin artmasından narahatlığını bildirib.

Moldova keçən il bağlanmış müqavilə əsasında Rusiyanın "Qazprom” şirkətindən qaz alır. Qiymət aylıq dəyişir və mövsümdən asılı olaraq qaz və neftin spot qiymətindən hesablanır. Spot qiymətlər bu il kəskin artıb.

3,5 milyon əhalisi olan postsovet məkanının ən kiçik dövləti olan Moldova avqustda təxminən 50% qalxmasından sonra sentyabrda 29% bahalaşan yüksək enerji qiymətləri səbəbindən ciddi iqtisadi çətinliklərlə üzləşir. /cebheinfo.az/

 


Вернуться назад