Главная > Baş Xəbər / Aktual > Paris Azərbaycana raket satmağı Türkiyəyə qadağan etdi

Paris Azərbaycana raket satmağı Türkiyəyə qadağan etdi


17-09-2022, 13:47.

            Paris Azərbaycana raket satmağı Türkiyəyə qadağan etdi

 

Fransa qanadlı SOM raketlərini Azərbaycana satmağı Türkiyəyə qadağan edib. Raketin güc qurğusu fransız istehsalı olduğu üçün, müqaviləyə əsasən, Parisin buna ixtiyarı var.

Məlumata görə, Azərbaycan Türkiyənin"Roketsan” şirkətinə 400-dən çox SOM raketi sifariş edib.Ölkənin Hərbi Hava Qüvvələrinə məxsus"МиГ-29”qırıcıları da artıq SOM raketlərini daşımağa uyğunlaşdırılıb.


Amma Fransanın bu addımı Azərbaycanla münasibətləri korlamaqdan başqa heç nəyə yaramayacaq. Çünki Türkiyənin"Kale Arge”şirkəti artıq SOM raketləri üçün"KTJ-3200”reaktiv mühərriklərinin hazırlanmasına başlayıb. Tezliklə həmin mühərriklər SOM qanadlı raketlərində quraşdırılmaq üçün "Roketsan” şirkətinə veriləcək.


Samir Quliyev, azvision.az

 


Вернуться назад