Главная > Ölkə > Jurnalist və vəkilin hüquqlarının müdafiəsi komitəsi bəyanat yaydı

Jurnalist və vəkilin hüquqlarının müdafiəsi komitəsi bəyanat yaydı


17-09-2022, 20:50.

          Jurnalist və vəkilin hüquqlarının müdafiəsi komitəsi bəyanat yaydı

 

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun hüquqlarının müdafiəsi komitəsinin bəyanat yayıb.

Musavat.com xəbərverir ki, bu barədə məlumatı müdafiə komitəsinin sədri, siyasi fəal Bəxtiyar Hacıyev yayıb.
Bəyanatda deyilir ki, bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə vəkil Elçin Sadıqovun ev dustaqlığına buraxılmasını ona və Əvəz Zeynallıya qarşı açılmış cinayət işində doğru addım kimi qiymətləndirir, eyni zamanda jurnalist Əvəz Zeynallının da qısa zamanda ev dustaqlığına buraxılmasının doğru addım olacağını qeyd edirik.

Bildirilir ki, bununla bağlı Əvəz Zeynallının vəkilləri qısa zamanda məhkəməyə müraciət edəcəklər.

"Eyni zamanda qeyd edirik ki, hər iki şəxsə qarşı açılmış cinayət işini siyasi motivli iş hesab edirik. Ən qısa zamanda bu iki tanınmış şəxsə qarşı açılmış cinayət işinə xitam verilməsinin ən doğru qərar olacağını qeyd edirik",-deyə bəyanatda bildirilib.

 


Вернуться назад