Главная > Ölkə > Bakıda bu yol bağlı olacaq

Bakıda bu yol bağlı olacaq


30-08-2022, 18:38.

            Bakıda bu yol bağlı olacaq

 

Sabah saat 09:00-dan sentyabrın 2-si saat 20:00–a qədər Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin Məhərrəm Seyidov küçəsində (Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun girişindən çıxışına qədər olan hissəsində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Uluyol.info Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna səbəb aparılacaq təmir işləridir.

Qurum sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyyə edib, yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyib.

 


Вернуться назад