Главная > Region > Şabranda dağlıq ərazidə yanğın başlayıb

Şabranda dağlıq ərazidə yanğın başlayıb


30-08-2022, 18:56.

             Şabranda dağlıq ərazidə yanğın başlayıb

 

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Uluyol.info xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, əlavə olaraq FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 


Вернуться назад