Главная > Ümumi > Futbol oyunu zamanı "Vətən sənə canım fəda" şüarı...-VİDEO

Futbol oyunu zamanı "Vətən sənə canım fəda" şüarı...-VİDEO


13-03-2016, 23:10.
Futbol oyunu zamanı
Ankaranın Qızılay səmtində baş verən dəhşətli partlayış Türkiyə ictimaiyyətini yasa boğdu.

Uluyol.info Musavat.com-a istinadən xəbər verir ki, "Fənərbaxça" - "Kayserispor" oyununu izləmək üçün Ülkər Arenaya axın edən azarkeşlər partlayışı mobil telefonları vasitəsi ilə öyrəniblər. 

Məlumata görə, çox sayda azarkeş hadisə ilə bağlı məlumat almağa çalışarkən stadionda: "Şəhidlər ölməz, vətən bölünməz” şüarı yüksəlməyə başlayıb.

Matçın sonuna yaxın bütün tərəfdarlar "Qəlbimiz qapqara, səninləyik Ankara”, "Nə mutlu Türküm deyənə”, "Vətən sənə canım fəda” deyə qışqırıblar.

Xəbər verilir ki, bu şüarlar dəqiqələrlə davam edib. Fənərbaxçanın 53-cü dəqiqədə vurduğu qolun anonsu isə edilməyib.

 
ULUYOL.İNFO

Вернуться назад