Главная > Baş Xəbər > Tayvan blokadada - Çin ordusu təyyarələri havaya qaldırdı

Tayvan blokadada - Çin ordusu təyyarələri havaya qaldırdı


13-08-2022, 20:47.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə başlayan böhran böyüyür.

Uluyol.info Teleqraf.com-a istinadən xəbər verir ki, Pelosinin səfərindən sonra Çin ordusunun Tayvan ətrafındakı hərbi fəallığının davam etdiyi vaxtda Tayvan Müdafiə Nazirliyindən diqqətçəkən açıqlama gəlib.

Nazirlik səhər saatlarında ada ətrafında görülən hərbi təyyarələrdən 10-nun Tayvan boğazında təhlükəsizlik zonasına daxil olduğunu bildirib. Açıqlamada hava və dəniz vasitələrinin elektron cihazlar, patrul təyyarələri, gəmilər və raket sistemləri ilə izləndiyi deyilib.

Çin ordusu amerikalı spikerin avqustun 2-3-də Tayvana səfərindən sonra ada ətrafında hərbi təlimlərə başlayıb. Altı bölgədə keçirilən təlimlər Tayvan ətrafında faktiki blokada yaradıb.

Çin ordusu avqustun 10-da təlimlərin başa çatdığını açıqlasa da, Tayvan boğazında hərbi patrul fəaliyyətinin davam edəcəyini bəyan edib.

Pelosi son 25 ildə Çinlə suverenlik münaqişəsində olan adaya səfər edən ABŞ Nümayəndələr Palatasının ilk sədri olub. 1997-ci ilin əvvəlində Nyut Qinqriç bu postda olarkən Tayvana səfər etmişdi.

 


Вернуться назад