Главная > İdman > Güləşçilərimiz İslamiadanı 23 medalla başa vurdular

Güləşçilərimiz İslamiadanı 23 medalla başa vurdular


13-08-2022, 22:34.

              Güləşçilərimiz İslamiadanı 23 medalla başa vurdular

 

Azərbaycanın güləşçiləri Konyada keçirilən V İslam Həmrəylik Oyunlarında mübarizəni başa vurub.

Uluyol.info "Report”a istinadən xəbər verir ki, Avropa çempionu Sənan Süleymanov (77 kq) finalda Olimpiya mükafatçısı, ikiqat Asiya çempionu qırğızıstanlı Akjol Mahmudova 2:5 hesabıyla məğlub olub və gümüş medalla kifayətlənib.

Sabah Şəriəti (130 kq) qazaxıstanlı Anton Savenkoya 5:0 hesabıyla qalib gələrək bürünc medal qazanıb. Məhəmməd Əhmədiyev (87 kq) isə bürünc medal uğrunda görüşdə qırğızıstanlı AtabəyAzisbəyova 2:3 hesabıyla məğlub olaraq medalsız qalıb.

Beləliklə, Azərbaycan güləşçilər İslamiadanı 8 qızıl, 8 gümüş və 7 bürünc medalla başa vurub.

 


Вернуться назад