Главная > Problem > Bakıda bir ailənin altı üzvü plovdan zəhərləndi

Bakıda bir ailənin altı üzvü plovdan zəhərləndi


13-08-2022, 15:33.

             Bakıda bir ailənin altı üzvü plovdan zəhərləndi

 

Ötən gün Bakıda bir ailənin altı üzvü zəhərlənib.

 Hadisə Xəzər rayonunda, Binə sovxozu deyilən ərazidə baş verib.

Ailənin plovdan zəhərləndiyi ehtimal edilir. Zəhərlənən şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisə ilə bağlı TƏBİB-dən Oxu.Az-a bildirilib ki, ailə üzvlərinin hər birinə zəruri tibbi yardım göstərilib:

"Ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyətləri qənaətbəxşdir”.

 


Вернуться назад