Главная > İdman > Azərbaycanlı hakim UEFA-dan yeni təyinat alıb

Azərbaycanlı hakim UEFA-dan yeni təyinat alıb


13-08-2022, 17:23.

            Azərbaycanlı hakim UEFA-dan yeni təyinat alıb

 

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Uluyol.info Report-a istinadla xəbər verir ki, 35 yaşlı baş hakim Latviyada RFŞ və Şimali İrlandiyanın "Linfild" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu idarə edəcək.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 


Вернуться назад