Главная > Baş Xəbər / Siyasət > "Cənubi Qafqazda yeni dönəm başlayıb" - Ərdoğandan yeni mesajlar

"Cənubi Qafqazda yeni dönəm başlayıb" - Ərdoğandan yeni mesajlar


8-08-2022, 17:26.

         "Cənubi Qafqazda yeni dönəm başlayıb" -Ərdoğandan yeni mesajlar

"Meydanda güclü olmadan masada güclü olmanın çətinlikləri məlumdur. Azərbaycanın işğal altındakı torpaqlarının azadedilmə prosesi bunun ən bariz nümunəsidir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 13-cü konfransında deyib/Report.

Ərdoğan əlavə eidb ki, 30 ilə yaxın davam edən işğal qətliam və soyqırımı siyasəti qarşısında təəssüf ki, beynəlxalq ictimaiyyət heç bir addım atmayıb:

"Hazırda isə əldə olunan razılaşmalarla Cənubi Qafqazda yeni dönəm başlayıb. Bu tarixi fürsətin əldən çıxmaması üçün çalışırıq. Bu günədək Azərbaycanla birgə bir çox addım atmışıq. Radikal erməni çevrələrinin sabotajına rəğmən, Qafqazda daimi sülh yolunda önəmli məsafə qət etmişik. Ermənistanla xüsusi nümayəndələr səviyyəsində başlatdığımız görüşlər davam edir. Baş nazir Nikol Paşinyan Qurban Bayramı münasibətilə zəng vuranda çox konstruktiv danışıqlar apardıq. Ermənistanın prosesləri doğru oxuyaraq Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizin qısa müddətdə sabitliyə qovuşacağına inanıram”.

 


Вернуться назад