Главная > Siyasət > Rusiya müxalifətindən Putinə ultimatum

Rusiya müxalifətindən Putinə ultimatum


13-03-2016, 19:37.

Rusiya müxalifətindən Putinə ultimatumAzad Rusiya Forumu Rusiya prezidenti Vladimir Putinə qarşı ultimatum irəli sürüb. Rusiya mətbuatının məlumatına görə, Forum martın 9-da Litvada keçirilib. Ultimatumda qeyd olunub ki, əgər Putin irəli sürülən şərtlərə əməl etməsə, Rusiyaya qarşı total blokada tətbiq ediləcək.

Bu haqda özünün feysbuk səhifəsində Rusiya müxalifətinin tanınmış nümayəndələrindən biri, "Qərb seçimi” partiyasının lideri Konstantin Borovoy yazıb.

"Bəşəriyyət dərk etməlidir ki, bu gün söhbət insanların həyatının xilas olunmasından yox, Yer üzündə həyatın xilas olunmasından gedir. Forum demokratik ictimaiyyətin liderlərini Vladimir Putinə aşağıdakı ultimatumun irəli sürməyə çağırır”, – siyasətçi yazıb.

Borovoy Forumun Putinə qarşı tələblərini sadalayıb:

"Əgər qısa müddət ərzində:

  1. Gürcüstan, Moldova və Ukraynanın işğal olunmuş ərazilərinin azad edilməsinə başlanılmasa,
  2. Qanunsuz saxlanılan girovlar sərbəst buraxılmasa,
  3. Rusiya qoşunlarının Suriyadan çıxarılmasına başlanılmasa,
  4. Rusiyada və bütün dünyada insanlığa qarşı rus təbliğatı dayandırılmasa,
  5. Rusiyanın konstitusion demakratik əsaslarının bərpasına başlanılmasa, bu halda ölkəyə total blokada elan ediləcək. Ultimatumun bütün şərtləri yerinə yetirilənədək, Rusiya ilə bütün siyasi, iqtisadi, nəqliyyat, informasiya əlaqələri kəsiləcəkdir”.

Боровой выдвинул Путину ультиматум


Вернуться назад