Главная > Ölkə > Üzərində “Z” işarəsi olan gəmilərin Azərbaycan sahillərində üzməsinə Müsavatdan etiraz

Üzərində “Z” işarəsi olan gəmilərin Azərbaycan sahillərində üzməsinə Müsavatdan etiraz


8-08-2022, 19:08.

       Üzərində "Z” işarəsi olan gəmilərin Azərbaycan sahillərində üzməsinə Müsavatdan etiraz

 

Avqustun 8-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və qərarların icrası barədə məlumat verib.

Məlumatda qeyd edilib ki, ötən həftə Müsavat Partiyasının Gənclər Təşkilatının İdarə Heyətinin həbsdə olan üzvü Əziz Məmiyevin və Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Əlikram Xurşidovun apellyasiya şikayətlərinə baxılıb.

Partiya üzvlərinin siyasi aksiyalarda fəal iştiraka və hakimiyyəti sərt tənqid etdiklərinə görə həbs olunduqları qeyd edilib.

Məhkəmə iclaslarının nəticəsi haqqında bildirilib ki, partiya üzvlərinin apelyasiya şikayətləri təmin olunmayıb.

Divan Müsavat üzvlərinin və bütün siyasi məhbusların azad olunmasını tələb edib.

İclasda rayon təşkilatlarında ümumi yığıncaqların və konfransların keçirilməsinin gedişi barədə məlumat dinlənilib. Bu barədə müvafiq tapşırıqlar verilib.

Hakimiyyətin Siyasi Partiyalar Haqqında yeni qanunun qəbul olunması təşəbbüsü barədə müzakirələr aparılıb.

İclasda ölkədə və dünyada baş verən siyasi hadisələr müzakirə edilib.

Müsavat Partiyası Azərbaycan sahillərində üzərində rus ordusunun işğalçılıq siyasətinin simvolu olan "Z” işarəsi həkk olunmuş gəmilərin görünməsi faktını qətiyyətlə pisləyir. Belə halların qarşısının alınmasını tələb edir.

İclasda Qarabağda yaranmış son durum müzakirə olunub.
Sülh danışıqlarının bərpası və sülh müqaviləsinin bağlanması üçün təşəbbüskarlığın artırılmasının vacibliyi qeyd edilib.

İclasda həmçinin Rusiya-Ukrayna müharibəsində yaranmış indiki durum ətraflı müzakirə olunub.

Müsavat Partiyasının Divanı vəkil Osman Kazımova qarşı son təxribatları pisləyib. Baş verənlərin vəkilin müsavatçı olması, həmçinin siyasi məhbusların müdafiəsini üzərinə götürməsi ilə bağlı olduğu vurğulanıb.

Müsavat Partiyası hakimiyyətdən müstəqil vəkillərə qarşı təzyiqlərə son qoyulmasını tələb edib.

Divan Azərbaycanın Londondakı səfirliyində baş verən hadisəni vandalizm aktı kimi qiymətləndirib.

Hakimiyyətdən cinayət hadisəsinin araşdırılması, hadisənin sifarişçilərinin və təşkilatçılarının aşkarlanıb cəzalanmasını ücün təsirli tədbirlər görülməsi tələb edilib.

Sonda cari məsələlər müzakirə olunub.

 


Вернуться назад