Главная > Mövqe > Savçenko Nobel mükafatına namizəd ola bilər

Savçenko Nobel mükafatına namizəd ola bilər


13-03-2016, 19:29.
Savçenko Nobel mükafatına namizəd ola bilərDonbasda iki rus jurnalistinin qətlində ittiham olunan keçmiş ukraynalı hərbçi Nadejda Savçenkonun Nobel mükatına namizədliyi irəli sürüləcək. 
 
"Komsomolskaya pravda” xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun saytında bununla bağlı petisiya yerləşdirilib.
 
Sənəddə deyilir ki, Ukrayna Qəhrəmanı Nadejda Savçenkonun dövlət qarşısında danılmaz xidmətlərini, dünyada sülh uğrunda mübarizəyə töhfəsini böyük cəsarət nümunəsi kimi qiymətləndirmək olar.
 
Xatırladaq ki, Savçenko Rusiyada sui-qəsd və sərhədi qanunsuz keçməkdə ittiham olunur. İstintaqın araşdırmasına görə, Savçenko 2014-cü ildə Luqanskda Rusiya Dövlət Televiziyasının iki əməkdaşı – İqor Kornelyuk və Anton Voloşinin həlak olmasında təqsirkar bilinir. Əgər günahı sübut olunarsa, Savçenkonu 25 ilə qədər həbs cəzası gözləyir.

Вернуться назад