Главная > Araşdırma > Yardımlı RİH-dən QANUNSUZLUQ: Borcu olan şirkət tenderdə qalib gəldi

Yardımlı RİH-dən QANUNSUZLUQ: Borcu olan şirkət tenderdə qalib gəldi


1-08-2022, 13:18.

          Yardımlı RİH-dən QANUNSUZLUQ: Borcu olan şirkət tenderdə qalib gəldi

Yardımlı Rayon İcra Hakimiyyəti tender qaydalarını pozub.

Yenicag.az xəbər verir ki, icra hakimiyyəti rayon ərazisində aparılacaq abadlıq işləri ilə bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi "MİRAY MH” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Qalib şirkətlə 78 min 401 manatlıq müqavilə imzalanıb.

Qeyd edək ki, "MİRAY MH” MMC-nin dövlət büdcəsinə 3 457 manat vergi borcu var.

"Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə əsasən, vergi borcu olan şirkətlər tenderdə iştirak edə bilməz.

 


Вернуться назад