Главная > Region > Ötən ay azad edilən ərazilərdə aşkarlanan mina sayı açıqlandı

Ötən ay azad edilən ərazilərdə aşkarlanan mina sayı açıqlandı


1-08-2022, 18:07.

                  Ötən ay azad edilən ərazilərdə aşkarlanan mina sayı açıqlandı

 

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Uluyol.info-ya verilən məlumata görə, iyulun 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 578, tank əleyhinə 105 mina və 1028 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 6.903 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

 


Вернуться назад