Главная > Müsahibə > “Aradan illər keçəcək,amma Xədicənin adı qalacaq"-Leyla Yunus (VİDEO)

“Aradan illər keçəcək,amma Xədicənin adı qalacaq"-Leyla Yunus (VİDEO)


13-03-2016, 15:02.

Həbsdən çıxan hüquq müdafiəçisi Xədicə İsmayıldan və ...tarixdən danışdı 

 


Həbsdən azadlığa yeni çıxan hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar həbsdəki jurnalist Xədicə İsmayılın anası Elmira İsmayılovaya baş çəkib. Bu barədə sosial şəbəkədə araşdırmaçı jurnalist Aynur İmranovanın yaydığı videodan məlum olub. 

Bu gün, 13 martda baş tutan videoçəkiliş maşının içində, hərəkət halında çəkilib. Leyla xanım çəkiliş zamanı onun E.İsmayılovaya baş çəkməsində yardımçı olan A.İmranovaya və keçmiş siyasi məhbus Elşən bəyə təşəkkür edib. 

Rus dilində danışan Leyla xanım E.İsmayılovaya X.İsmayıl kimi bir qız böyütdüyü üçün minnətdarlığını bildirib: "Aradan illər keçəcək, nəsə dəyişəcək, nəsə qalacaq, biz bu diktatura rejimindən, qorxudan çıxacağıq. Amma Xədicənin adı qalacaq”. 

L.Yunus 2005-ci ildə rəhbərlik etdiyi institut tərəfindən hazırlanan kitabda Özbəkistan və Azərbaycanda insan haqlarının müqayisəli təhlili yer alıb. Deyib ki, həmin kitabda Özbəkistandakı qadın siyasi məhbuslara qarşı təzyiqlər, işgəncələr olsa da, Azərbaycanda belə hala rast gəlinmirdi. 

Hüquq müdafiəçisi həmin kitabda Azərbaycandakı milli mentalitet faktına görə qadınlara qarşı heç bir zorakılığın olmadığını və olmayacağını da qeyd edib. 
Amma aradan 9 il keçəndən sonra özünün və X.İsmayılın timsalında bu qaydanın da pozulduğunu iddia edir:"Məlum oldu mən cəmi 9 il gecikmişəm”... 

Hüquq müdafiəçisi sonda bu gün tərcümə edəcəyi kitabın təqdimat mərasimi baş tutacaq (bu dəqiqələrdə tədbir başlanıb-müəl.) X.İsmayılın anasına, eləcə də onun özünə dözüm, səbr, sağlamlıq arzulayıb. 



Вернуться назад