Главная > Aktual > İranda Urmiya gölüylə bağlı etiraz aksiyası keçirilib

İranda Urmiya gölüylə bağlı etiraz aksiyası keçirilib


17-07-2022, 18:59.

            İranda Urmiya gölüylə bağlıetiraz aksiyası keçirilib

 

Aksiya ilə əlaqədar təhlükəsizlik qüvvələrinin səfərbər edilməsi diqqət çəkib

İranda tamamilə quruma təhlükəsi ilə qarşı-qarşıya qalan Urmiya gölünün xilas edilməsi üçün lazımi addımları atmamaqda günahlandırılan hökumətə qarşı etiraz aksiyası keçirilib.

Aznews.az-ın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Urmiya gölünün qurumasının qarşısının alınması üçün yetərli həssaslıq göstərilmədiyini bildirən yüzlərlə insan Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində aksiya keçirib.

Aksiya iştirakçıları "Urmiya gölü susuzdur!”, "Parlament Urmiya gölünün öldürülməsini əmr edir!” şüarları səsləndiriblər. Aksiya ilə əlaqədar təhlükəsizlik qüvvələrinin səfərbər edilməsi diqqət çəkib.

Qeyd edək ki, 2003-cü ildən su səviyyəsi azalmağa başlayan Urmiya gölü 2013-cü ildə tamamilə quruma təhlükəsi ilə üzləşib. Hazırda gölün 95 faizinin quruduğu bildirilir. İranda Urmiya gölünün qurumasının qarşısının alınması üçün zaman-zaman aksiyalar keçirilir.

Dünyanın ən böyük duzlu göllərindən biri olan Urmiya gölünün quruması ətraf ərazilərdə yaşayan və kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan azərbaycanlıların həyatına mənfi təsir edir.

 


Вернуться назад