Главная > İdman > “Qarabağ”ın rəqibi darmadağın OLDU

“Qarabağ”ın rəqibi darmadağın OLDU


17-07-2022, 09:46.

            "Qarabağ”ın rəqibi darmadağın OLDU

 

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi İsveçrə "Sürix"i ölkə çempionatının yeni mövsümündə ilk oyununu keçirib.

Manşet.az xəbər verir ki, komanda səfərdə "Yanq Boyz"la qarşılaşıb və 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ilk matçı iyulun 19-u Bakıda keçirəcək. Bu komandalar arasında cavab görüşü bir həftə sonra İsveçrədə baş tutacaq.

 


Вернуться назад