Главная > Ədəbiyyat / Region > Ağcabədidə 5 otaqlı ev yanıb

Ağcabədidə 5 otaqlı ev yanıb


17-07-2022, 15:29.

               Ağcabədidə 5 otaqlı ev yanıb

 

Ağcabədi rayonunda güclü yanğın baş verib.

Uluyol.info "Report"a istinadən xəbər verir ki, rayonun Aran kəndində ümumi sahəsi 140 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 


Вернуться назад