Главная > GÜNDƏM > Müsavat Məclisinin sessiyası keçirildi

Müsavat Məclisinin sessiyası keçirildi


16-07-2022, 17:29.

              Müsavat Məclisinin sessiyası keçirildi

 

İyulun 16-da Müsavat Partiyası Məclisinin növbəti sessiyası keçirilib.

Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən toplantıda əvvəlcə təşkilati məsələlərə baxılıb. Partiyanın 30-a yaxın rayon və şəhər təşkilatlarında sədr seçilən şəxslərin Məclis üzvü səlahiyyətləri təsdiq edilib.

Müsavat başqanı Arif Hacılı əvvəlcə Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 33-cü ildönümü münasibətilə iclas iştirakçılarını təbrik edib.

"Bu mühüm hadisənin ildönümlərinin yenidən dövlət tədbiri səviyyəsində qeyd edilməsi arzusu ilə AXC nin üzvü, Xalq Hərəkatının iştirakçısı olmuş hər kəsi, bütün Azərbaycan xalqını təbrik edirəm” – deyə, Arif Hacılı qeyd edib.

Müsavat başqanı daha sonra ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr mövzusunda məruzə ilə çıxış edib.

Toplantıda Məclis üzvləriİsa Qəmbər, Almaz Əliqızı, Zakir İsmayıl, Osman Kazımov, Gülağa Aslanlı, Əlipənah Rzalı, Mustafa Hacıbəylivə digərləri çıxış ediblər. Çıxışlarda Azərbaycan hakimiyyətinin şəhid ailələri və qazilərə biganə münasibəti pislənilib, pandemiyanın başa çatmasına baxmayaraq, quru sərhədlərin bağlı saxlanmasının əsassız olduğu vurğulanıb.

İclasda "İşğaldan azad edilmiş ərazilərimizin bərpası, məcburi köçkünlərin öz yurdlarına qaytarılması ilə bağlı Müsavat Partiyasının təklifləri” adlı sənəd əsas kimi qəbul olunub.

Sonda cari məsələlər müzakirə olunub.

 


Вернуться назад