Главная > Cəmiyyət > Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı rəsm müsabiqəsi keçiriləcək

Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı rəsm müsabiqəsi keçiriləcək


14-07-2022, 20:03.

           Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı rəsm müsabiqəsi keçiriləcək

 

Qafqaz İslam Ordusunun Bakının işğaldan azad etməsinə (15 Sentyabr 1918-ci il) həsr olunmuş yağlı boya rəsm müsabiqəsi

Nuru Paşa (Mustafa Nuri Killigil) komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən yağlı boya rəsm müsabiqəsi təşkil ediləcək.

 

Mövzu:Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini, Bakının işğaldan azad edilişini və Nuru Paşanı necə təsvir edərdiniz?

İştirak şərtləri və müraciət qaydası

– Müsabiqədə hər yaş kateqoriyası üzrə iştirak mümkündür; Xüsusilə rəssamların, rəssamlıq təhsili alan şəxslərin və tələbələrin iştirakı arzu edilir.

– İştirakçılar öz rəsmlərində hər növ yağlı boya materiallarından istifadə edə bilərlər.

– Hər bir iştirakçı müsabiqəyə bir rəsm işi təqdim edə bilər.

– Rəsmlərin formatı 50 sm (şaquli) x 70 sm (üfüqi) və ya 70 sm (şaquli) x 90 sm (üfüqi) ölçülərində olmalıdır.

– Müsabiqəyə göndəriləcək rəsmin üz tərəfində iştirakçının imzası və ya ləqəbindən başqa heç bir məlumat yazılmamalıdır.

– Rəsmlərin, iştirakçının məlumatlarının (ad, soyad, telefon, ünvan) etiketlə tablonun arxa tərəfinə yapışdırılması və Səfirliyimizə şəxsən və ya poçt/karqo vasitəsilə çatdırılması gözlənilir. Poçt/karqo xərci Səfirliyimiz tərəfindən qarşılanacaq.

– Poçt və ya karqo vasitəsilə göndərilən rəsmlər zədələnməyəcək şəkildə çatdırılmalıdır. Zərər görmüş işlər nəzərə alınmayacaq.

– Səfirliyimiz göndərilən bütün rəsmlərin təmsil etmək və sərgiləmək hüququna malikdir, rəsmlərə görə heç bir ödəniş edilməyəcək.

– Müsabiqəyə göndəriləcək rəsmləri qiymətləndirəcək Münsiflər heyəti Səfirliyimiz tərəfindən rəssamlıq sahəsində mütəxəssis olan üzvlərdən təyin ediləcək.

– Müraciətin başlama tarixi9 iyul 2022-ci ilşənbə günü, bitmə tarixi isə2 sentyabr 2022-ci ilcümə günüdür. Müsabiqənin yekun nəticələri Səfirliyimizin sosial media hesabları vasitəsilə elan olunacaq. Münsiflər heyəti tərəfindən sərgilənməsi məqsədəmüvafiq hesab edilən rəsmlər rəssamların iştirakı ilə 15 sentyabr 2022-ci il tarixi həftəsində Səfirliyimizdə və müxtəlif sərgi salonlarında nümayiş etdiriləcək.

Ünvan və əlaqə vasitələri

Ünvan:Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi

Səməd Vurğun küçəsi 134, Bakı

Tel:+994 444 73 20

e-poçt:embassy.baku@mfa.gov.tr

Twitter:https://twitter.com/TCBakuBE

Facebook:https://www.facebook.com/TCBAKUBE/


www.yenicag.az

 


Вернуться назад