Главная > İdman > 5:1: "Qarabağ" "Lex"i darmadağın ETDİ

5:1: "Qarabağ" "Lex"i darmadağın ETDİ


12-07-2022, 21:51.

                5:1: "Qarabağ" "Lex"i darmadağın ETDİ

 

Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ” birinci təsnifat mərhələsində cavab matçına çıxıb.

Uluyol.az xəbər verir ki, Ağdam təmsilçisi ilk görüşdə Polşada 0:1 hesabı ilə uduzduğu "Lex”i qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Qurban Qurbanovun komandası üçün uğursuz başlayıb. Belə ki, qonaqlar 20-ci saniyədə hesabı açıb. Buna baxmayaraq, Azərbaycan çempionu rəqibini darmadağın etməyi bacarıb. "Qarabağ” "Lex”i 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Ağdam təmsilçisi ÇL-in ikinci təsnifat mərhələsində İsveçrə çempionu "Sürix”lə qarşılaşacaq.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

Cavab oyunu

20:00. "Qarabağ” - "Lex” - 5:1

Qollar: Velde, 1 (0:1), Kadi, 14 (1:1), Ozobiç, 42 (2:1), Vadji 56 (3:1), Kadi, 74 (4:1), Abbas Hüseynov, 77 (5:1)

Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper

Tofiq Bəhramov adına Respublika Stadionu

"Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

"Lex”: 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka

Ehtiyat oyunçular: 31. Kşiştof Bakovski, 35. Filip Bednarek,11. Filip Marçvinski, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alyan Çervinski, 90. Artur Sobeh

Baş məşqçi: Con van den Brom

 


Вернуться назад