Главная > Aktual > Pakistanda daşqın nəticəsində ölənlərin sayı sürətlə artır

Pakistanda daşqın nəticəsində ölənlərin sayı sürətlə artır


11-07-2022, 20:08.

              Pakistanda daşqın nəticəsində ölənlərin sayı sürətlə artır

 

Pakistan Milli Fəlakət İdarəsi Agentliyindən (NDMA) verilən açıqlamada seldə həyatını itirənlər arasında 88 qadın və uşağın olduğu, ümumi can itkisinin isə 147-yə yüksəldiyi açıqlanıb. Daşqın nəticəsində çoxlu sayda ev, yol, körpü və elektrik stansiyaları zərər görüb, avtomobillər yollarda qalıb.

Medianews.az xəbərverir ki, səlahiyyətlilər su basmış küçələrdə suyun axıdılması və təxliyyə işlərinin davam etdiyini bildirərkən, meteorologiya üzrə mütəxəssis Sərdar Sərfraz yağışların 2-3 gün də davam edəcəyini bildirib.

Pakistanın İqlim Dəyişiklikləri Naziri Şerri Rəhman keçirdiyi mətbuat konfransında bildirib ki, bu il ölkədə mussonlarda digər illərlə müqayisədə 87 faiz çox yağıntı düşüb. Pakistanın iqlim dəyişikliyinə qarşı dünyanın ən həssas 10 ölkəsi arasında yer aldığını bildirən Rehman, iqlim dəyişikliyinin təsirlərinin azaldılması üçün tədbirlərin görülməsi lazım olduğunu, əks halda vəziyyətin gələcəkdə daha da pisləşəcəyini bildirib. "Bu, böyük narahatlıq doğuran məsələdir, lakin biz bilməliyik ki, bu, yalnız başlanğıcdır və biz buna hazırlaşmalıyıq”.

Leyla, Medianews.az

 


Вернуться назад