Главная > Ölkə > TƏBİB koronavirusla bağlı əhaliyə müraciət etdi

TƏBİB koronavirusla bağlı əhaliyə müraciət etdi


11-07-2022, 10:29.

       TƏBİB koronavirusla bağlı əhaliyə müraciət etdi

Dünyada indiyədək 6.37 milyon insan COVID-19-dan ölüb. Azərbaycanda isə bu rəqəm 9 719-dur.

 

Son günlər koronavirusa yoluxma saylarında artımları nəzərə alan TƏBİB yenidən əhaliyə müraciət edib

 

Müraciətdə deyilir:

 

"Koronavirusa yoluxma saylarında artımları nəzərə alaraq, əhalini bir daha diqqətli olmağa çağırırıq - Sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun;

 

Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını dərhal bağlı zibil qutusuna atın;

Başqaları ilə aranızda ən az 1 metr məsafə saxlayın;

 

Telefonlar, qapı dəstəkləri kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin və dezinfeksiya edin;

 

Qapalı məkanları tez-tez havalandırın;

 

Kütləvi toplaşma hallarından yayının, bunun mümkün olmadığı zaman maskadan istifadə edin;

 

İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici ("buster”) doza ilə peyvəndlənin".//qaynarinfo

 

 


 


Вернуться назад