Главная > Mövqe > Ukrayna ordusunun canlı qüvvə sayı: Nazirdən aktual STATİSTİKA

Ukrayna ordusunun canlı qüvvə sayı: Nazirdən aktual STATİSTİKA


8-07-2022, 18:52.

             Ukrayna ordusunun canlı qüvvə sayı: Nazirdən aktual STATİSTİKA

 

Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynada ölkənin müdafiəsinə cəlb olunan şəxsi heyətin sayı açıqlanıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukraynaynın müdafiə naziri Aleksey Reznikov ölkənin təhlükəsizliyinə 1 milyona yaxın hərbçinin cəlb edildiyini deyib.

Nazirin sözlərinə görə, qeyd olunan sayda hərbçi ölkənin müxtəlif güc strukturlarında xidmət edir.

Reznikov qeyd edib ki, 1 milyon hərbçinin 700 min nəfəri Ukrayna Silahlı Qüvvələrinə, 90 mini Milli Qvardiyaya, 60 mini Dövlət Sərhəd Xidmətinə, 100 mini isə Milli Polisə məxsusdur.

 


Вернуться назад