Главная > Siyasət > 9 terror təşkilatı Türkiyəyə qarşı birləşdi

9 terror təşkilatı Türkiyəyə qarşı birləşdi


13-03-2016, 14:39.

9 terror təşkilatı Türkiyəyə qarşı birləşdi — ŞOK VİDEO

PKK və daha səkkiz terror təşkilatının Türkiyəyə qarşı birləşdikləri haqda məlumat yayılıb.

Ölkə.az xəbər verir ki, PKK, TKP/ML, THKP-C/MLSPB, MKP, TKEP-LENİNİST, TİKB, DKP, Devrimci Karargah və MLKP terror təşkilatları birləşərək "Xalqların Birləşmiş İnqilab Hərəkatı" adı altında yeni terror təşkilatı yaradıblar.

Məlumata görə, adı çəkilən bütün bu terror qruplaşmalarının rəhbərləri Şimali İraqdakı Qəndil dağından yığışaraq birləşmək barədə müqavilə imzalayıblar.

Mahiyyətcə marksist-leninist bir ideoloji xətt güdən bu yeni terror təşkilatının əsas hədəfi Türkiyədir.

 



Вернуться назад