Главная > Kriminal > Dünyada ən çox aranan narkobaronlardan biri İtaliyaya təhvil verildi

Dünyada ən çox aranan narkobaronlardan biri İtaliyaya təhvil verildi


6-07-2022, 20:06.

        Dünyada ən çox aranan narkobaronlardan biri İtaliyaya təhvil verildi

 

İtaliyanın güclü "Ndrangheta” cinayət şəbəkəsi ilə əlaqəli olan qaçaq narkobaron Rokko Morabito Braziliyadan ekstradisiya edildikdən sonra 30 illik həbs cəzasını çəkmək üçün İtaliyaya gətirilib.

Musavat.com xariciagentliklərə istinadən xəbər verir ki, R.Morabito iyirmi ildən çox qaçaq həyatından sonra ötən ilin may ayında Braziliyada həbs edilib.

Qeyd edək ki, bu vaxta qədər İtaliya Daxili işlər nazirliyi beynəlxalq narkotik ticarətinin aparıcı füqurlarından hesab edilən R. Morabitonun "xüsusi axtarış proqramı” çərçivəsində ən təhlükəli cinayətkarlar siyahısına daxil edildiyini açıqlamışdı.

Adı çəkilən narkobaron Braziliyada transatlantik narkotik ticarətinin əsas oyunçusuna çevrilməyi bacarıb. Onun rəhbərlik etdiyi mafioz qruplaşma tələbatın və qiymətlərin artdığı Avropa bazarına rekord miqdarda kokain daşıyıb. Bunun üçün o, italyan, holland və balkan qruplaşmaları ilə birləşib.

İtaliyanın Kalabriya bölgəsində yaranan "Ndrangheta”, "Koza Nostra”nı belə geridə qoyaraq, ölkənin ən güclü mafiya qrupu və dünyanın ən böyük cinayət qruplaşmalarından birinə çevrilib.

 


Вернуться назад