Главная > Mədəniyyət > Aleksandr Rıbak məzun oldu

Aleksandr Rıbak məzun oldu


6-07-2022, 18:35.

              Aleksandr Rıbak məzun oldu 

 

"Avroviziya-2009" mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak məzun olub.

Musavat.com bildirir ki, bu barədə sənətçinin özü sosial şəbəkədə məlumat yayıb. Məzun fotolarını paylaşan Aleksandr Rıbak Kaliforniya ştatındakı universitetlərin birində magistr dərəcəsini bitirdiyini deyib:


"İyulun 4-də kino musiqisi üzrə magistr dərəcəsini almağımın xoşbəxtliyini bölüşmək istəyirəm! Hər şey ABŞ-da baş verir. İnsanların böyük xəyallar qurmağa, çox işləməyə və bir yerdə qalmağa təşviq edildiyi bir ölkədə”.

 


Вернуться назад