Главная > Problem > AZAL yüzlərlə insanın həyatını təhlükəyə atır - FOTOLAR

AZAL yüzlərlə insanın həyatını təhlükəyə atır - FOTOLAR


4-07-2022, 19:55.

             AZAL yüzlərlə insanın həyatını təhlükəyə atır -FOTOLAR

 

   Bu gün saat 12:20-də İstanbuldan Bakıya uçmalı olan təyyarə nasazlıq ucbatından hələ ləngiyir.

Bu barədə AFN.az-a həmin reyslə paytaxta gəlməli olan sərnişinlər məlumat veriblər.
Bildirilir ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus "Ordubad” adlı təyyarə iyun ayının 29-da da nasazlıq səbəbindən gecikib: "Belə çıxır ki, AZAL rəhbərliyi yüzlərlə insanın həyatını təhlükəyə atır və bundan narahat deyil. Biz qorxuruq bu təyyarə ilə yola çıxmağa”.

"Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlunatı təsdiqlədilər. Bildirildi ki, gecikməyə səbəb kondisioner sistemi ilə yaşanan problemdir: "Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq lazımi əşyalarla təmin olunacaqlar”.

Mətbuat Xidmətindən təyyarənin bundan əvvəl də nasazlıq səbəbindən gecikməsi haqda məlumatı təsdiqləmədilər.

 


Вернуться назад