Главная > Kriminal > DTX-nın saxladığı gömrükçülərlə bağlı həbs qərarı

DTX-nın saxladığı gömrükçülərlə bağlı həbs qərarı


4-07-2022, 16:28.

             DTX-nın saxladığı gömrükçülərlə bağlı həbs qərarı

 

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan gömrük işçilərinə məhkəmədə həbs qətimkan tədbiri seçilib.


 

Xəbəri APA yayıb.

 

Bildirilir ki, iyulun 4-də Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətlərə baxılıb.

 

Səbail Rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Onlar qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə ilə külli miqdarda rüşvət almaqda təqsirləndirilirlər.

 

R.Babayev bundan əvvəl Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.

 


Вернуться назад