Главная > Aktual > Xarkovda məktəbə raket zərbəsi endirildi

Xarkovda məktəbə raket zərbəsi endirildi


4-07-2022, 19:19.

              Xarkovda məktəbə raket zərbəsi endirildi

 

Bu gün səhər saat 4-də rus işğalçıları Xarkov şəhərinin Şevçenkovski rayonuna güclü raket zərbəsi endiriblər.

Uluyol.info  BAKU.WS-ə istinadən xəbər verir ki, bu haqda Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov öz teleqram kanalında bildirib.

Onun sözlərinə görə, işğalçıların hədəfi rayondakı məktəb binası olub. Ruslar bu gün yerli vaxtla səhər saat 4-də Rusiya ordusu Xarkovun Şevçenkovski rayonuna raket hücumu həyata keçirib. Nəticədə məktəb binası dağılıb. Hadisə zamanı xəsarət alanların olmadığı qeyd edilib.

Sinequbov onu da bildirib ki, son sutka ərzində işğalçılar Xarkovun kəndlərinə də zərbələr endirirlər. Atışma nəticəsində xeyli yaşayış binaları, yardımçı tikililər, qarajlar və digər tikililər dağılıb.

 


Вернуться назад