Главная > Baş Xəbər / Araşdırma > Belarus Rusiya tərəfdən Ukraynaya müdaxilə edərsə...-Əsas təhlükələr

Belarus Rusiya tərəfdən Ukraynaya müdaxilə edərsə...-Əsas təhlükələr


4-07-2022, 19:03.

                 Belarus Rusiya tərəfdən Ukraynaya müdaxilə edərsə...-Əsas təhlükələr

 

"Belarus qoşunlarının Ukraynaya müdaxiləsi riski 80% təşkil edir. Bunun baş verməsi təqdirdə, cəbhə bütün sərhəd xətti boyunca uzanacaq. Bundan əlavə, lazımi sayda silahın verilməsi məsələsi aktuallaşacaq”.

Musavat.com Ukraynanın "Obozrevatel” saytına istinadən xəbər verir ki, bu fikir ukraynalı bloger, ictimai xadim, Ukrayna Silahlı qüvvələrinin Ali baş komandanı yanında ekspert qrupunun üzvü Semyon Kabakaev bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarına təzyiq göstərərək ondan ordusunu Ukraynaya müharibəyə göndərməyi tələb edir.

Semyon Kabakaev Aleksandr Lukaşenkonun Putinə anket məlumatlarını göstərərək belarusluların müharibəyə qarşı olduqlarını söylədiyini iddia edib.

"O, hər dəfə əlindəki sənədlərlə Putinin yanına gedərək deyir ki, mən sizə bazalar, raketlər, mərmilər, döyüş sursatları, aerodromlar, yaşayış yerləri verməyə hazıram, amma mən öz xalqımı verə bilmərəm, çünki o zaman hərbçilər əllərində silahla mənə qarşı çıxacaq, müxalifət isə bundan istifadə edəcək”,- deyə ukraynalı hərbçi bildirib.

Bununla bərabər Semyon Kabakayev Rusiya ordusunun Belarusun resurslarından istifadə etməkdə davam etdiyini xatırladıb. Onun fikrincə Rusiya Belarus respublikasının generallarının gələcəkdə müharibəyə qoşulmasını məcbur edə bilər.

 


Вернуться назад