Главная > Region > Azad edilən ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb

Azad edilən ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb


4-07-2022, 18:27.

                 Azad edilən ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb

 

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, iyun ayı ərzində Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 303, tank əleyhinə 236 mina və 1 273 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 2 723.4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 


Вернуться назад