Главная > Aktual > Avstraliya Rusiyadan qızıl idxalını qadağan etdi

Avstraliya Rusiyadan qızıl idxalını qadağan etdi


3-07-2022, 21:38.

            Avstraliya Rusiyadan qızıl idxalını qadağan etdi

 

Avstraliyanın baş naziri Entoni Albaneze bildirib ki, ölkəsi daha 16 Rusiya vətəndaşına sanksiya tətbiq edəcək.

Uluyol.info APA-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Avstraliya paralel olaraq Rusiya qızılının ölkəyə gətirilməsini də qadağan edib.

Albaneze qeyd edib ki, sanksiya siyahısına iş adamları və nazirlər salınacaq. Bununla da Avstraliyanın sanksiya tətbiq etdiyi Rusiya vətəndaşlarının sayı 843-ə çatacaq.

 


Вернуться назад