Главная > GÜNDƏM > Vladimir Putinə Luqansk vilayətinin tamamilə işğal edildiyi barədə raport verildi

Vladimir Putinə Luqansk vilayətinin tamamilə işğal edildiyi barədə raport verildi


3-07-2022, 22:22.

            Vladimir Putinə Luqansk vilayətinin tamamilə işğal edildiyi barədə raport verildi

 

Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə rus qoşunlarının Luqansk vilayətini tamamilə işğal etdiyi barədə məlumat verib.

 

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Sergey Şoyqu ölkə prezidentini Lisiçansk və yaxınlıqdakı Beloqorovka, Novodrujesk, Maloryazantsevo və Belaya Qora kimi bir sıra yaşayış məntəqələrinin tutulacağına əmin edib.

Ukrayna mediası isə Luqansk vilayətində şiddətli döyüşlərin davam etdiyini yazır. Lakin Sergey Şoyqu bu barədə susmağa üstünlük verib.

 


Вернуться назад