Главная > Müsahibə > Tanınmış aparıcı: “Pərdəarxası söhbəti efirə çıxarmaq qeyri-insani hərəkətdir”

Tanınmış aparıcı: “Pərdəarxası söhbəti efirə çıxarmaq qeyri-insani hərəkətdir”


1-07-2022, 18:40.

            Tanınmış aparıcı:"Pərdəarxası söhbəti efirə çıxarmaq qeyri-insani hərəkətdir”

 

"Pərdəarxası söhbəti efirə çıxarmaq doğru deyil” Bunu tanınmış aparıcı Fəxriyyə Lilpar "Həmin Zaur” verilişində aparıcı Zaur Kamalın Güney Azərbaycandan dəvət etdiyi sənətçi Afşin Azərini canlı yayımdan qovmasına münasibət bildirərkən yenicag.az açıqlamasında deyib.

Aparıcı bunu qeyri-etik hərəkət kimi qiymətləndirib:

"Zaurun verilişdən müğənnini qovması son dərəcə qeyri-etikdir. Ən azı, bu hərəkət peşəkar yanaşma deyil. Əgər öz aralarında hər hansı bir dialoq zamanı nəsə Zaurun xoşuna gəlmirdisə, onu dərhal yerində həll etmək olardı. Pərdəarxası söhbəti efirə çıxarmaq doğru deyil. Ən azı, öz müğənnilərimizdən olsaydı, bunun, haradasa, həlli yollarını tapmaq olardı. Cənubi Azərbaycanda, azı, 40 milyona yaxın öz azərbaycanlımız var. Onların da arasında Afşinin öz dinləyiciləri var. Bir aparıcıya yaraşmayan, doğru olmayan qeyri-etik və qeyri-insani bir hərəkətdir. Bu heç bir çərçivəyə sığışmır. Yenə də təkrar edirəm, hansısa söz, fikir xoşuna gəlmirsə, yerində cavab ver və tədbirini gör. Yox, sən əgər həmin vaxt susursansa və efirdə bunu səsləndiririb öz mövqeyini bildirirsənsə, bu heç bir etik çərçivəyə sığmır”.


 


Вернуться назад