Главная > Dünya > Bu gün Yerin yaxınlığından asteroid keçəcək

Bu gün Yerin yaxınlığından asteroid keçəcək


3-07-2022, 11:08.

        Bu gün Yerin yaxınlığından asteroid keçəcək

 

Bu gün Yer kürəsinə 3,29 milyon kilometr məsafədə 2022 JE1 asteroidi yaxınlaşacaq.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) məlumat yayıb.

NASA kosmik cismi Yer kürəsi üçün "potensial təhlükəli” adlandırıb.

Onun diametri 50-155 metr arasında dəyişir.

Qeyd edək ki, asteroidin Yerə növbəti yaxınlaşması 2027-ci il iyulun 14-də baş tutacaq.

 


Вернуться назад