Главная > Dünya > Son aylarda kəskin narazılığa səbəb olan nazir İSTEFA VERDİ

Son aylarda kəskin narazılığa səbəb olan nazir İSTEFA VERDİ


3-07-2022, 09:46.

                 Son aylarda kəskin narazılığa səbəb olan nazir İSTEFA VERDİ

 

Argentinanın iqtisadiyyat naziri Martin Quzman vəzifəsindən istefa verib.

"Yeni Gündəm” xəbər verir ki, nazir istefası barədə Prezident Alberto Fernandesə ünvanlanan məktubu tviterdə dərc edib.

"Tamamilə unikal ssenari ilə yadda qalan bu 30 aydan çox iş zamanı mənə və nazirlikdə formalaşdırdığımız komandaya göstərdiyiniz etimada görə Sizə təşəkkürümü bildirirəm. Hökumətimiz hakimiyyətə gələndə Argentina dərin iqtisadi, sosial və borc böhranı bataqlığında qalmışdı ki, bu böhrana əvvəlcə qlobal pandemiya, sonra isə Ukraynadakı hazırkı müharibə əlavə olundu və bu, beynəlxalq iqtisadi sistemin fəaliyyətini ciddi şəkildə pozdu”, – M.Quzman məktubundan vurğulayıb.

 


Вернуться назад