Главная > Mövqe > "Vəziyyət çox ağırdır" – Tiqran Abramyan

"Vəziyyət çox ağırdır" – Tiqran Abramyan


2-07-2022, 10:11.

  "Vəziyyət çox ağırdır"– Tiqran Abramyan

Laçın və Zabuxdan ermənilərin köçürülməsi məsələsi Ermənistanda soyuq duş effekti yaradıb.

Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin "Şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan vəziyyətin çox ağır olduğunu sosial şəbəkədəki səhifəsində bildirib.

"Vəziyyət kifayət qədər mürəkkəbdir, onun sadə, standart həlləri yoxdur və istənilən tənzimləmə çox hesablanmalıdır, əks halda yeni itkilər qaçılmazdır. Azərbaycanla müxtəlif məsələlər üzrə danışıqlar çətin prosesdən gedir. İndiki Ermənistan hökuməti dövründə bu, bizə sərfəli həll imkanı vermir”, - Tiqran Abramyan yazıb.

O əlavə edib ki, Laçın dəhlizinə alternativ yolun çəkilməsi üçtərəfli bəyanatda göstərilib: "Ancaq bir nəfər bu bəyanatda kəndlərin köçürülməsini mənə göstərsin. Üçtərəfli bəyanatın bu müddəası Azərbaycan iddiaları çərçivəsində həyata keçirilir”.

 


Вернуться назад