Главная > Mövqe > “Şəxsən mən kimlərləsə birləşmək zərurəti görmürəm” – Partiya sədri

“Şəxsən mən kimlərləsə birləşmək zərurəti görmürəm” – Partiya sədri


2-07-2022, 09:46.

"Şəxsən mən kimlərləsə birləşmək zərurəti görmürəm” – Partiya sədri

 

"Mən sosial-demokratamsa, millətçilər və mərkəzçilərlə birləşməyim necə mümkün ola bilər?”

Bu fikirləri ölkədə fəaliyyət göstərən siyasi partiyalar arasında əməkdaşlıqda yeni mərhələnin başlamamasına münasibət bildirən Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında deyib.


 

Onun sözlərinə görə, hazırda siyasi partiyalar arasında əməkdaşlıq üçün zəmin yoxdur:

"İndiki şəraitdə siyasi partiyaların bir-biriləri ilə əməkdaşlığına ehtiyac görünmür. Çünki bunun mənası yoxdur. Digər tərəfdən, onsuz da əlli partiya əməkdaşlıq edir də…

Burada söhbət həm də o partiyaların iqtidarla əməkdaşlığından gedir. Ona görə də şəxsən mən kimlərləsə birləşmək zərurəti görmürəm.

Axı mən sosial-demokratamsa, millətçilər və mərkəzçilərlə birləşməyim necə mümkün ola bilər? Yəqin ki vacib mövzu olsa, əməkdaşlıq edərik”.

 


Вернуться назад