Главная > Mövqe > Ərdoğan: "Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu quracaq Zəngəzur dəhlizinin önəmi böyükdür"

Ərdoğan: "Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu quracaq Zəngəzur dəhlizinin önəmi böyükdür"


28-11-2021, 15:46.

    Ərdoğan: "Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu quracaq Zəngəzur dəhlizinin önəmi böyükdür"

 

"Qardaş Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülh və sabitliyin qapılarını açıb”.

Uluyol.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.

Ərdoğan bildirib: "Azərbaycanın bölgədə rifahın artması üçün atdığı addımlar təqdir edilməlidir. Bu addımlar bölgədə normallaşdırma səylərini dəstəkləyəcək. Türkiyə olaraq qardaşlarımızın yanında olmağa davam edəcəyik. Təşkilat olaraq da Azərbaycanla tam həmrəylik içərisində olmağımız böyük önəm kəsb edir”.

Türkiyə lideri, həmçinin bölgənin nəqliyyat dəhlizləri, eləcə də Zəngəzur dəhlizinin önəmi barədə fikirlərini bölüşüb.

 


Вернуться назад