Главная > İdman > “Qarabağ” yeni oyunçular alacaqmı? – Qurbanov açıqladı

“Qarabağ” yeni oyunçular alacaqmı? – Qurbanov açıqladı


24-11-2021, 12:41.

              "Qarabağ” yeni oyunçular alacaqmı? – Qurbanov açıqladı

 

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off-u üçün futbolçu transfer edib-etməyəcəkləri haqda danışıb.

Qol.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün "Omoniya” (Kipr) oyun öncəsi keçirdiyi mətbuat konfrasında bununla bağlı sualı cavablandırıb.

O deyib ki, əgər futbolçu tapmasa, bu heyət yetərlidir: "Oyunçulara həddən artıq güvənirəm. Çox gözəl kollektivimiz, istəkli futbolçularımız var. Bir neçə oyunçu ilə heyəti daha da yaxşılaşdırmaq istərdim. Həm hücum xəttinə, həm də mərkəzə minimum iki oyunçu götürmək istəyirəm. Amma olmasa belə, əlimdəki heyət yetərlidir. Gənc oyunçularımız da var. Sadəcə, ehtiyatlı davranmaq üçün bunu istəyirəm. Bəzən zədə, cəza, pandemiya dönəmində düşünmədiyin xəstəliklər ola bilər. Yenə də komandamdan razıyam, istənilən matçda maksimum gücümüzlə mübarizə aparmaq gücündəyik”.

 


Вернуться назад