Главная > Mədəniyyət > Xalq rəssamı Ömər Eldarov:“Evdən çıxa bilmirəm”

Xalq rəssamı Ömər Eldarov:“Evdən çıxa bilmirəm”


24-11-2021, 18:33.

            Xalq rəssamı Ömər Eldarov: "Evdən çıxa bilmirəm”

 

Xalq rəssamı, akademik Ömər Eldarovun səhhətində problem var. Heykəltəraş musavat.com-a açıqlamasında evdən çıxmadığını bildirib:

"Yatıram. Evdən çıxa bilmirəm. Xəstələnmişəm. Yaşım çoxdur”.

Ö.Eldarov Müslüm Maqomayevin heykəlinin hazır olduğunu, nə zaman qoyulacağı barədə isə məlumatsız olduğunu deyib.

Mədəniyyət Nazirliyindən Musavat.com-a bildirilib ki, heykəlin yaxın zamanda ucaldılması gözlənilir: "Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 12 mart 2020-ci il tarixli 1927 nömrəli sərəncamının icrası məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanan xalq rəssamı, akademik Ömər Eldarovun müəllifi olduğu heykəlin son tamamlama işləri aparılır və yaxın zamanda Bakı şəhərində Dənizkənarı Milli Parkın ərazisində, dəniz tərəfdən Dövlət Kukla Teatrının yaxınlığında ayrılmış yerdə ucadılması nəzərdə tutulur”.

Nigar Həsənli, musavat.com

 


Вернуться назад