Главная > Siyasət > Müsavatın 12 mart mitinqi – demokratik mübarizə tarixinin parlaq səhifəsi

Müsavatın 12 mart mitinqi – demokratik mübarizə tarixinin parlaq səhifəsi


12-03-2016, 11:17.

Müsavatın 12 mart mitinqi – demokratik mübarizə tarixinin parlaq səhifəsiFəvvarələr meydanında keçirilən ən izdihamlı aksiyalardan biri olan 12 mart mitinqdən 5 il ötür. Ərəb baharının geniş vüsət aldığı o dövrdə Müsavat Partiyası müxalifətin birgə aksiya keçirməsi təşəbbüsü ilə çıxış etmişdi. Lakin o vaxt İctimai Palata bu təşəbbüsə dəstək vermədiyi üçün partiya meydanda Əliyev rejimi ilə baş-başa qalmışdı.  Buna rəğmən 12 mart aksiyasının uğurlu alınması ona gətirib çıxartdı ki, bundan sonra İctimai Palatada olan digər təşkilatlar da mitinqə qərar verdilər.

Bundan sonra müxalifətin 2 aprel mitinqi keçirildi. Bu, Azadlıq meydanındakı 16 oktyabr mitinqindən sonra müxalifətin demokratiya uğrunda mübarizə tarixinin ən parlaq səhifələrindən biri idi.

12 mart mitinqində müsavatçılar Fəvarələr meydanı, Nizami küçəsi və bulvar boyunca "Azadlıq”, "İstefa” və digər şuarlar altında mücadilə vermişdilər. Polis təqribən iki saat ərzində aksiyanı dağıltmaqda çətinlik çəkmişdi. 63 nəfər həbs olunmuşdu, onlardan 20 nəfərinə məhkəmənin qanunsuz qərarı ilə inzibati cəza verilmişdi.

Həmin mitinqin video-fotoxronikasını təqdim edirik:

 


Mustafa Hacıbəyli, bastainfo.com


Вернуться назад